Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi

Sentyabr ayında Türkiyə kimyəvi maddə ixracını artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin sentyabr ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artaraq 2,9 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-sentyabr ayında Türkiyə 25,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-sentyabr ayları ilə müqyisədə 40,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 32,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər