Son dəqiqə

Azərbaycan Bakı İqtisadi təhlükəsizlik İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Kritik xammal resursları Sənaye dayanıqlığı

Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub

BAKI,TurkicWorld

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda sessiya keçirilib.

Sessiyada kritik xammal ehtiyatlarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji inkişafın təmin edilməsində rolu müzakirə olunub.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində təşkil olunan sessiyada etibarlı təchizat zəncirlərinin yaradılması, investisiya imkanlarının genişləndirilməsi və strateji xammal resursları sahəsində beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov sessiyada mövzu ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, İtaliyanın “Technip Energies” şirkətinin baş kommersiya direktoru Marko Villa, Qazaxıstanın “Green Spark” şirkətinin baş icraçı direktoru Marko Kastaqnini, Türkiyənin “Limak Holding” şirkətinin nümayəndəsi Birol Ergüven və “Kazakhstan Insulator Plant” şirkətinin kommersiya xidmətinin rəhbəri Tatyana Rıbalko iştirak ediblər.

Sessiyada kritik xammal resurslarının təmiz enerji, qabaqcıl istehsal və rəqəmsal infrastrukturun inkişafındakı əhəmiyyəti nəzərdən keçirilib. Həmçinin strateji faydalı qazıntıların hasilatı, emalı və əlavə dəyər yaradan fəaliyyətlərin inkişafı üçün Azərbaycanın və regionun potensialı müzakirə olunub.

İştirakçılar kritik xammal sahəsində investisiya modelləri, sənaye tərəfdaşlıqları, hasilat və emal imkanları, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər