BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq, 387 milyon 576 min 42 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 43 milyon 358 min 11 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 319 milyon 263 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 471 milyon 981 min dollar məbləğində poladixrac edib.







