Son dəqiqə

Türkiyə hava limanları Antalya limanı

Antalya hava limanından həyata keçirilən uçuşların sayı 70 mini ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin iyun ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,71 dəfə artaraq 131 min 745 ton təşkil edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq, 27 min 570 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,18 dəfə artaraq, 104 min 176 ton təşkil edib.

Bu ilin iyun ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 1,43 dəfə artaraq, 10 milyon 219 min 631 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 73 faiz artaraq 2 milyon 742 min 644 nəfər, beynəlxalq reyslər üzrə isə 1,86 dəfə artaraq 7 milyon 476 min 987 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 70 min 596 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 30 faiz artaraq 21 min 181, beynəlxalq reyslər üzrə isə 1,64 dəfə artaraq 49 min 415 olub.

2022-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 75 milyon 91 min 175 nəfər, yük dövriyyəsi isə 1 milyon 767 min 514 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər