Son dəqiqə

Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

Adnan Menderes hava limanından istifadə edən sərnişinlərin sayı 4 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin iyun ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 58 min 448 ton təşkil edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 35 min 542 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,9 dəfə artaraq, 22 min 906 təşkil edib.

Bu ilin iyun ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 70 faiz artaraq, 4 milyon 238 min 547 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 34 faiz artaraq 2 milyon 945 min 396 nəfər, beynəlxalq reyslər üzrə isə 3,2 dəfə artaraq 1 milyon 293 min 151 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq, 31 min 124 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 21 min 56, beynəlxalq reyslər üzrə isə 2 dəfə artaraq 10 min 68 olub.

2022-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 75 milyon 91 min 175 nəfər, yük dövriyyəsi isə 1 milyon 767 min 514 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər