Son dəqiqə

Qazaxıstan nəqliyyat Avropa Orta Dəhliz Türk dövlətləri Türk Dövlətləri Təşkilatı (TDT)

Orta dəhliz Türk Dövlətləri Təşkilatının əsas nəqliyyat layihəsinə çevrilir - Qazaxıstandan baxış

Bakı. TurkicWorld

Qazaxıstan Asiya və Avropa arasında etibarlı ticarət arteriyasını təmin etməklə Türk Dövlətləri Təşkilatının əsas nəqliyyat layihəsi olan Orta dəhlizin inkişafında fəal şəkildə iştirak edir

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev Bakıda TDT üzv dövlətlərinin beyin mərkəzlərinin konfransında çıxışında deyib.

O qeyd edib ki, Qazaxıstan TDT-nin inkişafını tarixi məsuliyyət və iqtisadi dayanıqlılığı, şaxələndirilməni və regional inteqrasiyanı gücləndirə biləcək strateji resurs kimi qiymətləndirir.

“Orta Dəhliz TDT-nin flaqman layihəsidir və qlobal ticarətin sabitliyinə vacib töhfədir. Bu gün onun əhəmiyyəti qeyri-sabitlik şəraitində xeyli artıb”, - deyə ekspert söyləyib.

Mövzuya görə xəbərlər