Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi

Türkiyə xalça ixracatını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1,1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 158 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 35,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 3 milyard dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər