Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları Türkiyənin ixracatı İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

İyul ayında Türkiyədən İrana elektrik avadanlıqları ixracı 9 milyon dollara çatıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Türkiyə 2025-cü ilin iyul ayında İrana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq, 9 milyon 584 min 9 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz azalaraq, 54 milyon 442 min 87 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər