Son dəqiqə

Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı polad istehsalı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyə polad sənayesi Türkiyə polad ixracı

İyul ayında Türkiyədən Azərbaycana polad ixracı 10 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artaraq, 10 milyon 856 min 6 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 79,3 faiz artaraq, 55 milyon 774 min 58 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər