Son dəqiqə

Antalya limanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava limanlarında yüksək texnologiya Hava nəqliyyatı innovasiyaları

Antalya hava limanında sərnişindaşıma 20 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 20 milyon 179 min 155 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz artaraq, 3 milyon 828 min 149 nəfər, beynəlxalq reyslər üzrə isə 0,4 faiz azalaraq 16 milyon 351 min 6 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 238 min 550 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 34 min 132 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 204 min 418 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə dəyişməyərək, 126 min 626 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 27 min 176, beynəlxalq reyslər üzrə isə 0,9 faiz azalaraq 99 min 450 olub.

2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər