Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Adnan Menderes Hava Limanı sərnişin təyyarələri Türkiyədə hava nəqliyyatı 2025 Nəqliyyat əlaqələri Türkiyə nəqliyyat layihələri Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı

Adnan Menderes hava limanında sərnişindaşıma 6 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 6 milyon 839 min 201 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 milyon 161 min 492 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 2 milyon 677 min 709 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 88 min 214 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 47 min 466 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 40 min 767 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 5 faiz artaraq, 46 min 453 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 27 min 670, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 18 min 763 olub.

2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər