Son dəqiqə

Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası 2025 turizm şəhəri turizm siyasəti

Türkiyəyə səfər edən Türkmənistanlıların sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Türkmənistandan Türkiyəyə 16 min 611 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 26,76 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,29 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Türkiyəyə 87 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,16 faiz çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Mövzuya görə xəbərlər