Son dəqiqə

Antalya Beynəlxalq Hava Limanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları hava nəqliyyatı qəzası

Antalya hava limanında sərnişindaşıma 14 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyun ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 14 milyon 537 min 325 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 3 milyon 146 min 855 nəfər, beynəlxalq reyslər üzrə isə 0,1 faiz azalaraq 11 milyon 390 min 470 nəfər təşkil edib.

2025-ci ilin iyun ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 172 min 835 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq, 27 min 693 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 145 min 143 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 0,1 faiz artaraq, 94 min 71 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 22 min 856, beynəlxalq reyslər üzrə isə 0,4 faiz azalaraq 71 min 215 olub.

2025-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 108 milyon 734 min 662 nəfər, yük daşınması isə 2 milyon 335 min 564 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər