Son dəqiqə

Antalya limanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Antalya hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin may ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 9 milyon 565 min 963 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 2 milyon 508 min 85 nəfər, beynəlxalq reyslər üzrə isə 0,6 faiz azalaraq 7 milyon 57 min 878 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 113 min 724 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq, 21 min 696 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 92 min 28 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 0,2 faiz azalaraq, 64 min 436 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 18 min 636, beynəlxalq reyslər üzrə isə 0,2 faiz azalaraq 45 min 800 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər