Qazaxıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm təzyiqi Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Türkiyə turizmi 2025 Turizm diplomatiyası

Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin aprelində Qazaxıstandan Türkiyəyə 38 min 911 turist səfər edib ki, bu da 2024-cü ilin apreli ilə müqayisədə 3,44 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1 faiz təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında Qazaxıstandan Türkiyəyə 127 min 390 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,76 faiz azdır.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,20 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.

2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.

Mövzuya görə xəbərlər