Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi avtomobil bazarı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyədən Misirə aprel ayında avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalaraq, 13 milyon 361 min 38 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq, 78 milyon 308 min 46 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyard 635 milyon 489 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 3 milyard 145 milyon 722 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyard 970 milyon 141 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər