Son dəqiqə

Misir Türkiyənin ixracatı polad istehsalı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 48 milyon 315 min 53 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azalaraq, 118 milyon 431 min 13 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər