Son dəqiqə

Özbəkistan Özəl Türkiyə Ticarət nazirliyi

Türkiyədən Özbəkistana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Özbəkistana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 120,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Özbəkistana 12,3 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 16,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər