Bakı, TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq, 12,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.