Son dəqiqə

Zəfər xronikası

44 günlük Vətən müharibəsinin xronikası: 28 sentyabr

Bakı. TurkicWorld:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

TurkicWorld Vətən müharibəsinin sentyabrın 28-nə olan xronikasını təqdim edir.

- Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib;

- Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib;

- Müdafiə Nazirliyi düşmənin 550 nəfərdən artıq itkisi olduğunu açıqladı;

- Bölmələrimiz düşmən texnikasını məhv etdi;

- Müdafiə Nazirliyi daha 2 düşmən tankının məhv edilməsinin görüntülərini yaydı;

- Müdafiə Nazirliyi düşmənə sonuncu dəfə xəbərdarlıq etdi;

- Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib;

- Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib;

- Baş Prokurorluq xəsarət alan mülki əhalinin sayını açıqladı;

- Azərbaycanda qismən səfərbərlik elan edildi;

- Anar Eyvazov Ermənistan ordusunun ciddi itkilər verdiyini açıqlayıb;

- Tərtər məhkəməsinin binası atəşə tutuldu;

- Düşmənin daha iki tankı məhv edildi;

- Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak oldu;

- Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan etdi;

- Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi;

- Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi;

- Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yaydı;

- Baş Prokurorluq Tərtərdə iki qardaşın həlak olduğunu, 2 nəfərin isə yaralandığını açıqladı;

- Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub;

Mövzuya görə xəbərlər