Bakı, TurkicWorld
2024-ci ilin avqustunda Qırğızıstandan Türkiyəyə 16 min 602 turist səfər edib ki, bu da 2023-cu ilin avqustu ilə müqayisədə 1,86 faiz çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,24 faiz təşkil edib.
2024-ci ilin yanvar-avqust aylarında Qırğızıstandan Türkiyəyə 126 min 236 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,72 faiz çoxdur.
2024-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,35 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin avqustunda Türkiyəyə 6 milyon 825 min 403 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,47 faiz çoxdur.
2024-ci ilin yanvar-avqust aylarında 35 milyon 803 min 874 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,11 faiz çoxdur.