Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,25 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Mövzuya görə xəbərlər