Son dəqiqə

Qırğızıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turistik səfərlər

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin avqustunda Qırğızıstandan Türkiyəyə 16 min 991 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 2,34 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,24 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Qırğızıstandan Türkiyəyə 131 min 979 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,55 faiz çoxdur.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,37 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Mövzuya görə xəbərlər