Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə Turizm diplomatiyası

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı 506 mini keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin sentyabrında Özbəkistandan Türkiyəyə 62 min 512 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 9,60 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,1 faiz təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında Özbəkistandan Türkiyəyə 506 min 193 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,58 faiz azdır.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,22 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin sentyabrında Türkiyəyə 7 milyon 50 min 876 turist səfər edib ki, bu da ötən ilin sentyabrı ilə müqayisədə 2,62 faiz çoxdur.

2025 -ci ilin yanvar- sentyabr aylarında 49 milyon 992 min 520 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,65 faiz çoxdur.

Mövzuya görə xəbərlər