Son dəqiqə

Azərbaycan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin avqustunda Azərbaycandan Türkiyəyə 122 min 321 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 2,04 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,76 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 638 min 707 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,80 faiz azdır.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,99 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Mövzuya görə xəbərlər