Son dəqiqə

Türkmənistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin avqustunda Türkmənistandan Türkiyəyə 19 min 563 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 15,23 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Türkmənistandan Türkiyəyə 126 min 90 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,40 faiz çoxdur.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,36 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Mövzuya görə xəbərlər