Son dəqiqə

Türkmənistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyə turizm statistikası Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə Turizm diplomatiyası turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Türkmənistandan Türkiyəyə 19 min 455 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,23 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Türkiyəyə 106 min 526 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,38 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Mövzuya görə xəbərlər