Bakı, TurkicWorld
2024-cü ilin avqust ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 1 milyon 431 min 581 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 1 milyon 325 min 160 nəfər, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 106 min 421 nəfər təşkil edib.
2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 13 min 859 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 11 min 679 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 2 min 180 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 1 faiz azalaraq, 8 min 671 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 7 min 906, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 765 olub.
Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.