Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi avqust statistikaları

Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı 100 milyon dolları ötüb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azalaraq, 34 milyon 175 min 81 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə İrana 17,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 34,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 530 milyon dolları ötüb.

“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalaraq, 2 milyard 715 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 35 milyard 764 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər