BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz azalaraq, 1 milyon 624 min 85 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 63,9 faiz azalaraq, 700 min 37 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 653 milyon 987 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 4 milyard 515 milyon 481 min dollar məbləğində sement ixrac edib.






