Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin idxalı Türkiyə İxracatçılar Məclisi xarici ticarət dövriyyəsi Türkiyənin ixracatı Qaradəniz Türkiyə ixracat statistikası Türkiyə ixrac və idxal göstəriciləri Türkiyə xarici ticarət statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Qaradəniz regionu ilə illik ticarət həcmi 40 milyard dolları ötüb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Keçən ilin dekabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 6,4 faiz artaraq 3 milyard 720 milyon 97 min dollar olub.

Bu barədə TurkicWorld - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 1,1 faiz artaraq, 40 milyard 261 milyon 845 min dollar olub.

“Keçən ilin dekabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq 5 milyard 224 milyon 828 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, keçən ilin yanvar – dekabr aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 57 milyard 748 milyon 953 min dollar təşkil edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub.

“Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər