Türkiyənin idxalı Türkiyə İxracatçılar Məclisi xarici ticarət dövriyyəsi Türkiyənin ixracatı İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə ixrac və idxal göstəriciləri Türkiyə xarici ticarət statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin D-8 idxalı azalır, ixrac isə yüksəlib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,6 faiz artaraq 1 milyard 308 milyon 227 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.

“Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq 1 milyard 441 milyon 420 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, keçən ilin yanvar – dekabr aylarında Türkiyənin D-8 ölkələrindən idxalı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3.6 faiz azalaraq, 14 milyard 889 milyon 91 min dollar təşkil edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub.

“Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 273 milyard 361 milyon dollara, idxalı isə 6,2 faiz artaraq 365 milyard 370 milyon dollar olub.

Qeyd edək ki, 2024-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Mövzuya görə xəbərlər