BAKI,TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.






