Son dəqiqə

polad Türkiyənin ixracatı polad istehsalı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyə polad ixrac statistikası İxracat Türkiyə polad sənayesi Türkiyə polad ixracı

İyun ayında Türkiyədən Fransaya polad ixracı 16 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz artaraq, 16 milyon 535 min 15 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 118 milyon 311 min 89 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 8 milyard 273 milyon 719 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 447 milyon 976 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 16 milyard 494 min 420 dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər