Son dəqiqə

Front page

Türk Dövlətləri

Türkiyədə son 53 ilin ən isti aprel ayı yaşanıb

Ötən aprel ayı Türkiyədə son 53 ilin ən isti ayı olub. TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhməd Özhaseki deyib. O qeyd edib ki, ölkə ərazisində ən yüksək temperatur 38,9 dərəcə olmaqla Şanlıurfanın Ceylanpınar ilçəsində qeydə alınıb.

Qırğızıstan-İtaliya nazirliklərarası məsləhətləşmələr keçirilib

Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyində müntəzəm Qırğızıstan-İtaliya nazirliklərarası məsləhətləşmələr keçirilib.Siyasi məsləhətləşmələr zamanı ikitərəfli gündəliyin cari məsələləri, xüsusilə yüksək səviyyəli səfərlərin təşkili vasitəsilə siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi və mədəni əməkdaşlığın inkişafı, o cümlədən BMT və BMT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Siyasət

Minsk qrupu effektsizliyini ortaya qoyub, təşkilatın mövcudluğuna heç bir ehtiyac qalmayıb - Azər Qarayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev bir sıra vacib məqama toxundu. Xüsusilə ATƏT-in Minsk qrupunun mövcudluğunun heç bir əhəmiyyətinin olmadığı vurğulandı. Bunu TurkicWorld-a açıqlamasında politoloq Azər Qarayev bildirib.