Son dəqiqə

Vladimir Putin

Vladimir Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin yeni nazirlərin və baş nazirin müavinlərinin təyin edib.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Rusiya prezidenti fərmanlar imzalayıb.

Bildirilib ki, ilk dəfədir ki, Rusiya hökuməti 2020-ci ildə qəbul edilmiş konstitusiya dəyişikliyində nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb.

İlkin olaraq, bütün namizədlər parlamentdə təsdiq olunub. Eyni zamanda, namizədlərin Dövlət Duması və ya Federasiya Şurası tərəfindən təsdiqindən sonra dövlət başçısı onları vəzifələrə təyin etməkdən imtina edə bilməz. Baş nazirdən başqa, hökumətin tərkibinə 10 baş nazirin müavini və 21 nazir daxil olub. Beş nazir birbaşa prezidentin rəhbərliyi altında çalışır: bunlar Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin rəhbərləridir. Qalan nazirlər baş nazirə hesabat verirlər.

Mövzuya görə xəbərlər