Son dəqiqə

Türkiyə Rusiya Vladimir Putin

Putinin Türkiyə səfərinə hazırlıq aktiv şəkildə gedir - Rəsmi Kreml

Bakı, TurkicWorld

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinə hazırlıq aktiv şəkildə gedir.

TurkicWorld Rusiya KİV-ə istindən xəbər verir ki, bu barədə Kreml nümayəndəsi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, dəqiq tarix hələ açıqlanmayıb.

"Aktiv hazırlıq gedir, lakin tarix hələ ki, məlum deyil", - Peskov deyib.

Qeyd edək ki, bu gün Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə Kremldə görüşüb. Bəşər Əsədin həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir. Türkiyə və Suriya prezidentlərinin 13 ildən sonra baş tutacaq görüşünün sentyabra qədər keçirilməsi nəzərdə tutulur. Görüşün hansı ölkədə keçiriləcəyi isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra dəqiqləşəcək.

Mövzuya görə xəbərlər