Son dəqiqə

Vladimir Putin

Putin Bəşər Əsədlə görüşüb

Bakı, TurkicWorld

Rusiya prezidenti Vladimir Putin Kremldə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüşdə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Putin Yaxın Şərqdə və Suriyada vəziyyətin hazırda kəskinləşməyə meylli olduğunu qeyd edib.

"Əfsuslar olsun ki, Yaxın Şərqdə vəziyyət kəskinləşməyə meyllidir. Bu birbaşa olaraq Suriyaya da aiddir", - o deyib.

Bundan başqa, Putin suriyalı həmkarının regiondakı vəziyyətlə bağlı fikirləri ilə maraqlanıb.

"Bütünlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz mənə çox maraqlıdır", - Putin Əsədə deyib.

Mövzuya görə xəbərlər