Son dəqiqə

Vladimir Putin Pavel Durov

Durovun Bakıda olduğunu bilmirdim - Putin

Bakı, TurkicWorld

Bakıda teleqramın təsisçisi Pavel Durovla görüş keçirməmişəm.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hətta Durovun Bakıda olmasından xəbərsiz olub.

Rusiya lideri qeyd edib ki, sahibkarla illər əvvəl cəmi bir dəfə Moskvada görüşüb və Durov bu görüş zamanı biznesinin inkişafı barədə planlarından bəhs edib.

O, həmçinin, əlavə edib ki, digər ölkələrinin rəhbərliyindən fərqli olaraq Rusiyanın Pavel Durova hər hansı iradı olmayıb.

Mövzuya görə xəbərlər