Son dəqiqə

Türkiyə Rusiya Vladimir Putin Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Astanada Putinlə görüşəcək

Bakı,TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Astana şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

TurkicWorld xəbər verir ki, görüşdə Qəzza, Suriya və bir sıra məsələlər müzakirə olunacaq.

“Görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunacaq. İlk olaraq ikitərəfli əlaqələr müzakirə olunacaq. Suriya və Ukrayna mövzusu da müzakirə ediləcək”,- deyə Kremlin sözçüsü Dmitriy Peskov deyib.

Peskov həmçinin Suriyada sülhün bərqərar olması prosesini alqışladıqlarını ifadə edib.

“Rusiya bu mövzuda böyük səylər göstərir. Bu prosesin daha uğurla inkişafını təmin edəcək qonşu ölkələrlə təmasları alqışlayarıq”,- deyə o bildirib.

O bu mövzuda Türkiyədə daxil olmaqla bütün ölkələrlə əmakdaşlıq edəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçılarının Zirvə Toplantısı başlayır. Ərdoğan 2 günlük sammit üçün Qazaxıstanın paytaxtı Astanada olacaq.

Mövzuya görə xəbərlər