Son dəqiqə

Türkiyə İŞİD Antiterror əməliyyatı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 45 şübhəli saxlanılıb

Bakı, TurkicWorld

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat çərçivəsində 45 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, "BOZDOĞAN-48" əməliyyatı Türkiyənin 16 vilayətində keçirilib.

Ankara, Antalya, Aydın, Düzce, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kırşehir, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Sakarya ve Şanlıurfada keçirilən əməliyyat nəticəsində xeyli xarici valyuta və türk lirəsi, eləcə də və çox sayda rəqəmsal material ələ keçirilib.

Mövzuya görə xəbərlər