Bakı,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Türkiyə ilə Niderland arasında keçiriləcək oyuna baxmaq üçün Almaniyaya gedəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlama verib.
“Kimsə almanların köynəyində qartal var deyirmi? Kimsə fransızların formasında xoruz var deyirmi? Orda Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz tərəfindən lazımi addımlar atılır. Qeyri-adi bir şey baş verməsə, oyuna getməyə qərar vermişik”,- deyə Ərdoğan bildirib.
Bunun üzərinə Almaniyanın baş naziri Olaf Şolts prezident Ərdoğanın Türkiyə ilə Niderland arasında 1/4 final oyununu izləməyə gəlməsindən məmnun olduğunu bildirib.