Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Suriya Bəşər Əsəd

Ərdoğan və Bəşər Əsəd 13 ildən sonra Rusiyada görüşə bilər - KİV

Bakı, TurkicWorld

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin 13 ildən sonra yenidən görüşəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, görüş Rusiya, yaxud İraqda və ya Fars körfəzi ölkələrindən birində keçirilə bilər.

Türkiyə və Suriya prezidentlərinin görüşünün sentyabra qədər keçirilməsi nəzərdə tutulur. Görüşün hansı ölkədə keçiriləcəyi isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra dəqiqləşəcək.

Qeyd olunub ki, görüşdən əvvəl iki ölkə hərbi, siyasi, iqtisadi, terrorizm və qaçqınlarla bağlı məsələlər üzrə qarşılıqlı komissiyalar yaradacaq.

Mövzuya görə xəbərlər