Türkiyə Türkiyə Səhiyyə Nazirliyi

Səhiyyə ilə bağlı heç bir problem olmayacaq – Kemal Memişoğlu

Bakı, TurkicWorld

Ölkəmizdə səhiyyə ilə bağlı heç bir problem qalmayana qədər var gücümüzlə çalışacağıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə Naziri Kamal Memişoğlu deyib.

Nazir təyin olunduqdan sonra ikinci vilayət olan Rizəyə səfər edən Memişoğlu burada vilayətin problemləri ilə bağlı məlumat alıb.

“Rizədə səhiyyə ilə bağlı problemləri dinlədim. Türkiyə səhiyyə baxımından dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ailə təbabəti və ilkin səhiyyə xidmətlərində daha güclü olmalıyıq. Asılılıqla daha güclü mübarizə aparmaq üçün İlkin Səhiyyə xidmətlərini gücləndirəcəyik”,- deyə nazir bildirib.

Mövzuya görə xəbərlər