Türkiyə Ali Yerlikaya kibercinayətkarlıq

Türkiyədə 20-dən çox kiber cinayətkar saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin 13 vilayətində həyata keçirilən “SIBERGÖZ-50″əməliyyatları çərçivəsində 24 nəfər kibercinayətkarlıqda şübhəli bilinən şəxs saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

“Jandarma tərəfindən Adana , Dİyarbəkir, Mərsin , Qaziantep vilayətləri də daxil olmaqla 13 vilayətdə düzənlənən “SIBERGÖZ-50” əməliyatlarında fırıldaqçılıq, mərc oyunları, uşaqlara qarşı onlayn cinsi zorakılıq və digər cinayətlərdə şübhəli bilinən şəxslər saxlanılıb”- deyə, Yerlikaya bildirib.

Qeyd edək ki, Türkiyədə bu il kiber hücumlarin sayında artım baş verib, belə ki, ölkədə hər gün 794 kiber hücum müşahidə olunur.

Mövzuya görə xəbərlər