Türkiyə Qaradəniz

Türkiyədə şiddətli yağışlar ciddi fəsad və tələfata səbəb olub

Bakı, TurkicWorld

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.

TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışlar selə səbəb olub.

Məlumata görə, nəticədə 2 nəfər ölüb, 34 nəfər isə təxliyə edilib. Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.

Bundan başqa, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb. Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.

Mövzuya görə xəbərlər