Türkiyə Muğla

Muğlada meşə yanğını baş verib

Bakı,TurkicWorld

Türkiyənin Muğla şəhərinin Milas ilçəsində meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, yanğının hansı səbəbdən çıxdığı məlum deyil.

Muğla Meşə Regional Müdirliyinə aid hava və quru vasitələri bölgəyə sövq edilib.

Komandalar yanğını söndürmək üçün havadan və qurudan səylərini davam etdirir.

Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.

Mövzuya görə xəbərlər