Son dəqiqə

Türkiyə Mehmet Şimşek inflyasiya

2026-cı ildə Türkiyədə infilyasiya birrəqəmli rəqəmlərə enəcək

Bakı. TurkicWorld:

2026-cı ildə Türkiyədə infilyasiya birrəqəmli rəqəmlərə enəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.

O, Belçikanın paytaxtı Brüsselin əhəmiyyətli beyin mərkəzlərindən biri olan Bruegeldə "Türkiyə: Avropa ekosistemində irəliləyiş" adlı tədbirdə çıxış edib.

Şimşek, Avropa İttifaqını gömrük ittifaqını yeniləməyə, viza rejiminin liberallaşdırılması və enerji təhlükəsizliyi üzrə əməkdaşlığı artırmağa çağırıb.

Şimşek bildirib ki, Türkiyənin birinci prioriteti qiymət sabitliyini təmin etmək və inflyasiyanın təkrəqəmli rəqəmlərə endirilməsidir.

"Gələn il inflyasiya 14 faiz azalacaq və 2026-cı ildə birrəqəmli rəqəmlərə qayıdacaq", - deyə o şərh edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər