Son dəqiqə

Türkiyə tender Türkiyədə tender 2025 tender elanları

Türkiyədə kibertəhlükəsizlik üçün yeni tender: kimlər qalib olacaq?

BAKI,TurkicWorld, Fərid Mikayılov

İstanbulun Kartal bələdiyyəsi “təhlükəsizlik proqramı”nın satın alınması ilə bağlı açıq tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Proqram təminatının çatdırılma müddəti 30 təqvim günü müəyyən edilib və müqavilə imzalandıqdan dərhal sonra işə başlanacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 15 may 2026-ci il tarixinə qədər "Yukarı Mahalle Belediye Caddesi No:6 Kartal İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər