BAKI,VOA, Fərid Mikayılov
İstanbul şəhərində fəaliyyət göstərən İstanbul İdman Tədbirləri və İşlətməçilik Ticarət Anonim Şirkəti 2026-cı il üçün “Təsis idarəetmə sistemi proqram təminatı dəstək və texniki xidmətlərinin alınması” üzrə açıq tender proseduruna başlayıb.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində 12 ay müddətində proqram təminatı üzrə texniki dəstək və xidmətlərin göstərilməsi nəzərdə tutulur. İşə müqavilə imzalandıqdan sonra 3 gün ərzində başlanılacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 may 2026-ci il tarixinə qədər "AKaragümrük Mahallesi Kaleboyu Caddesi No: 111 34080 Karagümrük - Fatih / İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir







